İnanmıram gözlərimə
İnanmıram gözlərimə,
Gör gözüm nələr görür!
İnanmıram sözlərimə,
Gör dilim nələr hörür!
Bu nakam məhəbbətim
Qəlbimə vurdu möhür.
Mənam olan Sevilim
Ağlatdı hönkür-hönkür.
İstədim yaxın olam
Qapında gecələdim.
İstədim əmin olam,
Yatmadım gecələri.
Səni məndən qoparan
Varsa həyatda biri,
Sən onu mənə söylə
Qalsın ikimizdən biri!